Trampdan Avropaya ŞOK NÜVƏ TƏHDİDİ
Bizi izləyin

ABŞ

Trampdan Avropaya ŞOK NÜVƏ TƏHDİDİ

ABŞ-ın nüvə sazişində yer alan Avropa ölkələrini təhdid etdiyi məlum olub.

Publika.az BBC-yə istinadən xəbər verib ki, Vaşinqtonun nüvə sazişini tərk etməsindən sonra Avropa ölkələrinin İrana dəstək nümayiş etdirməsi prezident Donald Trampı bərk qəzəbləndirib. “Ağ ev” rəhbəri səfirliklər vasitəsiylə Fransa, Almaniya və Böyük Britaniyaya təhdid məktubu ünvanlayıb.

Məktubda bildirilib ki, Avropa ölkələri Tehrana dəstək verərsə, ABŞ-ın sərt sanksiyaları ilə üzləşəcək. Qadağalar gömrük vergilərinin artırılması və digər addımlardan ibarət olacaq. Nəticədə London, Paris və Berlin İranı dəstəkləməkdən imtina edib.

Almaniyanın Müdafiə Nazirliyi həmçinin digər avropalı nümayəndələr Trampın təhdidinə məruz qaldıqlarını etiraf ediblər.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm