Tramp ittihamları rədd etdi
Bizi izləyin

ABŞ

Tramp ittihamları rədd etdi

ABŞ prezidenti Donald Tramp impiçment təhqiqatı çərçivəsində ona yönəldilən bütün ittihamları rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “Ağ ev” rəhbərinin vəkillərinin Senata göndərdiyi 7 səhifəlik cavab sənədində qeyd olunub. Sənəddə bildirilir ki, Trampa yönəldilən bütün iddialar ləğv edilməli, onun günahsız olduğu vurğulanmalıdır. “Prezidentin addımları konstitusiyaya uyğun qanunlara adekvat idi” - deyə sənəddə vurğulanıb.

Xatırladaq ki, Nümayəndələr Palatasında ABŞ prezidentinə qarşı iki maddə üzrə ittiham qəbul olunaraq Senata göndərilib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm