ABŞ
ABŞ bu ölkədə dövlət çevrilişinə hazırlaşır - ETİRAF
“Üzərində işlədiyimiz layihə Prezident Nikolas Maduronun hakimiyyətdən getməsinə, Venesuela xalqının azad və ədalətli seçkilər keçirə bilməsinə gətirib çıxarmalıdır”.
Publika.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo danışıb.
Dövlət katibi deyib ki, ABŞ Venesueladakı hakimiyyəti dəyişdirmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışır: “Cənubi Amerika, Mərkəzi Amerika və Avropa ölkələri, bütün dünya ölkələri ilə bu nəticəni əldə etmək üçün çalışırıq”.
O əlavə edib ki, ABŞ-ın Venesuela ilə bağlı apardığı strategiya təsirlidir və bunu dəyişdirməyə ehtiyac yoxdur.
Qeyd edək ki, Venesuelada qanuni Prezident Nikolas Madurodur. ABŞ və bir sıra Avropa ölkələri isə parlamentin spikeri Xuan Quaydonu dövlət başçısı kimi tanıyır.
Zümrüd
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki








































