Bakı vaxtı ilə saat 22:00-da başlayacaq - Dünyanın diqqəti BU HADİSƏYƏ yönəldi
Bizi izləyin

ABŞ

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq - Dünyanın diqqəti BU HADİSƏYƏ yönəldi

Dünyanın maraqla izlədiyi ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı prosesin həlledici mərhələsi başlayır.

Publika.az xəbər verir ki, bu gün Bakı vaxtı saat 22:00-da Senatda impiçmentə dair məhkəmə prosesinin ilk iclası baş tutacaq. Proses dünyada bir neçə televiziya vasitəsiylə canlı yayımlanacaq. İlk iclasda məhkəmə prosedurlarının müəyyən edilməsi gözlənilir. Həmçinin hakimlər məhkəmədə şahid dinləmələrinin olub-olmayacağına qərar verəcək.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib. Nümayəndələr palatasında Trampın impiçmentinə dair iki maddə qəbul olunub. Sənəddə Trampın səlahiyyətlərini aşdığı və konqresin işinə maneə törətdiyi qeyd olunub.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm