DƏHŞƏT: Ölümcül virus ABŞ-da da ortaya çıxdı
Bizi izləyin

ABŞ

DƏHŞƏT: Ölümcül virus ABŞ-da da ortaya çıxdı

Çində 6 nəfərin ölümünə səbəb olan koronavirusuna ABŞ-da da rast gəlinib.

Publika.az CNN-ə istinadən xəbər verir ki, Çin səfərindən sonra Vaşinqtona qayıdan amerikalının koronavirusuna yoluxduğu məlum olub. Adı açıqlanmayan şəxs həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, indiyədək Çinin Uxan, Pekin, Şanxay şəhərlərində və Quandun vilayətində, ümumilikdə 224 nəfərin yeni virusa yoluxduğu təsdiqlənib. Onlar arasında 15 tibb işçisi də var. Virusa yoluxanlardan 44 nəfərinin vəziyyəti ağır və çox ağır qiymətləndirilir. Çin Milli Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupunun yanvarın 20-də yaydığı açıqlamada 2019-nCoV-un insandan insana keçməsi faktı təsdiqlənib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm