Tramp AÇIQLADI: Yeni "Əsrin müqaviləsi" gəlir - FOTO
Bizi izləyin

ABŞ

Tramp AÇIQLADI: Yeni "Əsrin müqaviləsi" gəlir - FOTO

İsrail-Fələstin münaqişəsinin sülhlə başa çatmasını ehtiva edən “Əsrin müqaviləsi” gələn həftə rəsmən açıqlanacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Floridaya səfərindən əvvəl təyyarədə media mənsublarına açıqlamalar verən prezident gəln həftənin çərşənbə axşamı günü İsrailin Baş naziri Benyamin Netanyahunun Ağ Evə səfərindən əvvəl Yaxın Şərq Sülh Müqaviləsinin ictimaiyyətə təqdim ediləcəyini bildirib.

“Fələstinlilərlə də qısa görüş keçirdim. Gələcəkdə onlarla da geniş danışacağıq. Əvvəlcə mənfi reaksiya verəcəklərinə əminəm, lakin bu razılaşma, əslində, onlar üçün çox yaxşıdır. Razılaşma əldə etməyi çşox sevirəm. Bu da böyük və həqiqətən işə yarayacaq razılaşmadır”,- Tramp qeyd edib.

Qeyd edək ki, Ağ Evdən verilən açıqlamada İsrailin Baş naziri Benyamin Netanyahu və Mavi-Bəyaz İttifaqının lideri Benni Qantzın ABŞ hökuməti ilə “Əsrin müqaviləsi” planın müzakirə etmək üçün 28 yanvarda Vaşinqtonda olacağı bildirilib.

Fələstin bu planla qətiyyətli şəkildə razılaşmır.

“ƏSRİN MÜQAVİLƏSİ”

ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin sülhlə başa çatması məqsədilə hazırladığı deyilən bu planən detalları dəqiqləşməsə də, beynəlxalq mətbuatda bəzi bilgilər yer alıb. Qüdsün tamamilə İsrailə verilməsi, Qərbi Şəriədəki qanunsuz yəhudi qəsəbələrinin saxlanması kimi Fələstin əleyhinə maddələri mövcuddur.

Fələstinin prezidenti Mahmud Abbas planı “Əsrin şapalağı” adlandırır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm