ABŞ-dan Bağdaddakı səfirliyə edilən hücuma MÜNASİBƏT: "Vəziyyət gərgin olaraq qalır"
Bizi izləyin

ABŞ

ABŞ-dan Bağdaddakı səfirliyə edilən hücuma MÜNASİBƏT: "Vəziyyət gərgin olaraq qalır"

Vaşinqton ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə atılan raketlərə münasibət bildirib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi baş verənlərdən xəbərdar olduqlarını bildirib:

“Beynəlxalq zonaya raketlərin atılması ilə bağlı məlumatlardan xəbərdarıq. İraq hakimiyyətini diplomatik obyektlərin qorunması ilə bağlı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə çağırırıq. Eyni zamanda, İraqda vəziyyət gərgin olaraq qalır. İranın dəstək verdiyi qruplar təhlükəsizliyə təhdid yaratmaqda davam edirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm