• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

Gömrük rüsumları artırılır - Nazirlikdən QƏRAR

  • ABŞ
  • 4 Fevral 2020 16:21
  • 1 601 Baxış
Gömrük rüsumları artırılır - Nazirlikdən QƏRAR

ABŞ valyutaların dəyərini aşağı salan ölkələrdən idxal edilən məhsullara vergi tətbiq edəcək.

Publika.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi potensial olaraq Çin də daxil olmaqla, dollarla müqayisədə valyuta dəyərlərini aşağı salan ölkələrlə ticarətdə vergi tətbiqetmə sistemini qətiləşdirib.

Dünyanın iki böyük iqtisadiyyatının birinci mərhələ ticarət razılaşması imzalamasından sadəcə həftələr sonra ABŞ-Çin ticarət təmaslarında yeni gərginliyə səbəb olacaq bu addım rəsmi Pekinin Vaşinqtonu Çində ortaya çıxan və sürətlə yayılan koronavirus haqqında qorxu yaymaqla ittiham etməsindən bir gün sonra gəlib.

Qeyd edək ki, qərarın ilkin mərhələsi birinci dəfə ötən ilin mayında yayımlanmışdı. Qərar Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Malayziya, Sinqapur, Cənubi Koreya, Vyetnam və İsveçrə daxil olmaqla, idxal edilən mallardan daha yüksək gömrük vergisi alınmasına səbəb ola bilər.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR