Koronavirus bu tarixdə bitəcək - Tramp AÇIQLADI
Bizi izləyin

ABŞ

Koronavirus bu tarixdə bitəcək - Tramp AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını deyib.

Publika.az xəbər verir ki, Tramp koronavirus epidemiyası ilə əlaqədar Çinin çox peşəkarcasına hərəkət etdiyini və yaxın gələcəkdə bu xəstəliyi nəzarət altına götürəcəyinə inandığını dilə gətirib: "Apreldə havaların istiləşməsi ilə əlaqədar bu epidemiya da bitəcək".

Virusun yayıldığı Uhan bölgəsinə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin göndərildiyini işarə edən Tramp ən yaxşı amerikalı mütəxəssislərin də epidemiya ilə mübarizəyə cəlb edildiyini deyib.

Prezident bu emidemiyanın Çinin ABŞ mallarını satın almasına təsir etməyəcəyi qənaətindədir: "Çin bu epidemiya ilə mübarizədə çox əmək sərf edir və ABŞ da bu məsələdə onlarla daim əlaqədədir."

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm