ABŞ-dan gözlənilməz İDLİB QƏRARI: rus və türk ordusunun olduğu yerə...
Bizi izləyin

ABŞ

ABŞ-dan gözlənilməz İDLİB QƏRARI: rus və türk ordusunun olduğu yerə...

ABŞ Suriyanın İdlib şəhərinə hərbi müdaxilə etməyəcək.

Publika.az xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Robert Obrayen açıqlayıb.

“Atlantic Council” beyin mərkəzində İdlibdəki son vəziyyətlə bağlı danışan müşavir bildirib ki, Suriyada dinc sakinlərin qətliamının dayandırılmasını yüksək səslə söyləməyə davam edəcəklər. Lakin oraya hərbi qüvvə göndərməyəcəklər.

Bəşər Əsəd rejimi ilə birlikdə Rusiya, İranın da türk ordusu və əməkdaşlarına hücum etdiyini dilə gətirən Obrayen “beynəlxalq polis kimi oraya paraşütlə düşüb hücumları dayandırmağımızı gözləyirlər?” şərhi ilə ABŞ-ın vəziyyətə baxış bucağını açıqlamış olub.

“İdlibdə vəziyyət çox pisdir. Əsəd çox pis aktyordur. İranlılar da həmçinin. Ruslar və türklərin addımları vəziyyətə köməkçi olmur. Lakin biz rusların, iranlıların və ya Əsədin bütün hərəkətlərini dayandırmaq pozisiyasında deyilik. Oradakı vəziyyəti sona çatdıracaq sehrli nəsə yoxdur”, - müşavir əlavə edib.

Qeyd edək ki, Bəşər Əsəd rejimi son bir həftə ərzində İdlibdəki 4 türk müşahidə məntəqəsini və 2 strateji hərbi nöqtəni mühasirəyə alıb. Türk ordusu Əsədin 115 hərbi məntəqəsini atəşə tutub və 101 ünsürünü məhv edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm