• USD 1,7000 0,00% EUR 1,8427 0,00%
    • GBP 2,1034 0,00% RUB 0,0220 0,00%

ABŞ qorxulu B-52 bombardmançılarını havaya qaldırdı - MÜƏMMA

  • ABŞ
  • 13 Fevral 2020 10:13
  • 857 Baxış
ABŞ qorxulu B-52 bombardmançılarını havaya qaldırdı - MÜƏMMA

ABŞ Hərbi Hava Qüvvələri Çin ordusunun təlimlər keçirdiyi Tayvan Boğazına B-52 tipli iki ədəd taktiki bombardmançı təyyarə və bir ədəd “MC-130J Commando II” yanacaqdolduran tanker göndərib.

Publika.az xəbər verir ki, bu barədə Tayvan Milli Müdafiə Nazirliyi informasiya yayıb.

Nazirliyin açıqlamasına görə, təyyarələr Tayvana gəlişi zamanı yaxından müşahidə edilib.

ABŞ-dan məsələ ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Çin ordusu qırıcılar, bombardman təyyarələr və döyüş gəmiləri ilə həmin bölgədə təlimlər keçirmişdi.

Çin Müdafiə Nazirliyindən verilən açıqlamada Hərbi Hava Qüvvələri və Hərbi Donanmanın iştirakı ilə baş tutan təlimlərin Tayvan Boğazındakı mövcud təhlükəsizliyin qorunması və Çinin suverenliyini qorumaq üçün lazımi addım olduğu qeyd edilib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR