ABŞ koronavirusla belə mübarizə aparacaq
Bizi izləyin

ABŞ

ABŞ koronavirusla belə mübarizə aparacaq

ABŞ yeni tip koronavirusla mübarizə aparmaq məqsədilə 2,5 milyard dollar vəsait ayıracaq.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev Büdcə və İdarəetmə Ofisinin mətbuat katibi Rakel Semmel verdiyi yazılı açıqlamada bildirib ki, ABŞ Prezidenti Donald Tramp “Kovid-19” epidemiyasının yayılmasına ciddi yanaşır. Buna görə də Konqresdən epidemiya ilə mübarizə aparmaq üçün büdcə tələb ediləcək. Bu vəsaitin 1 milyardı virusa qarşı vaksin yaratmaq işlərini sürətləndirmək üçün ayrılacaq.

Qeyd edək ki, ABŞ Konqresindəki demokratlar uzun müddətdir virusla mübarizə məsələsində hökumətə xəbərdarlıqlar edir və Trampı addım atmağa çağırırdı. Tramp isə tvitterdən verdiyi açıqlamada ABŞ-da virusun nəzarətdə saxlandığını bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm