ABŞ ordusu geri çəkilir - Bir dövrün sonu
Bizi izləyin

ABŞ

ABŞ ordusu geri çəkilir - Bir dövrün sonu

ABŞ hərbi qüvvələrini (USFOR-A) Əfqanıstandan geri çəkməyə başlayıb.

Publika.az xəbər verir ki, bunu Əfqanıstandakı ABŞ ordusunun sözçüsü Sonni Leqqet açıqlayıb.

“Əl-Cəzirə” telekanalının xəbərinə görə, sözçü ABŞ-Əfqanıstan İslam Respublikası Ortaq Deklarasiyası və ABŞ-“Taliban” razılaşması çərçivəsində 135 gün ərzində ABŞ-ın bu ölkədəki əsgər sayı 8 min 600-ə çatdırılmalıdır.

USFOR-A Əfqanıstanda “Əl-Qaidə” və İŞİD-ə qarşı terrorizmlə mübarizə əməliyyatları ilə yanaşı, Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstək vermək kimi hədəflərini yerinə yetirmək mövzusunda bütün hərbi səlahiyyətlərindən istifadəyə davam edəcək.

Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 12 min əsgəri var. Ordu 1979-cu ildə bu ölkəyə daxil olub.

ABŞ-“Taliban” arasında “Əfqanıstana Sülhü Gətirmək Razılaşması” Qətərin paytaxtı Dohada fevral ayının sonuncu günündə imzalanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm