• USD 1,7000 0,00% EUR 1,8873 +1,55%
    • GBP 2,0983 +1,06% RUB 0,0242 +1,65%

Trampdan ŞOK AÇIQLAMA: "200 min insanın ölməsi çox yaxşıdır, əgər biz..."

  • ABŞ
  • 30 Mart 2020 10:01
  • 5 132 Baxış
Trampdan ŞOK AÇIQLAMA: "200 min insanın ölməsi çox yaxşıdır, əgər biz..."

“ABŞ 200 min ölü ilə koronavirusdan qurtularsa, bu çox yaxşı rəqəm olar”.

Publika.az xəbər verir ki, bunu ölkənin Prezidenti Donald Tramp deyib.

Ağ Evdə koronavirus gündəmli mətbuat konfransı keçirən prezident ölüm faizinin növbəti 2 həftə ərzində zirvəyə çıxacağını bildirib: “Qarşımızdakı 2 həftə çox əhəmiyyətlidir. Hər kəs öz üzərinə düşəni etməli, sosial məsafəni qorumalıdır. Bu kabus, əlbət, bir gün bitəcək. COVID19 tədbirlərini 30 aprelə qədər uzatmaq haqqında qərar qəbul etmişik. 1 iyuna qədər vəziyyətin yaxşılaşacağını ümid edirik. Mütəxəsisslər Nyu-Yorku karantinə almaq fikrini yaxşı qarşıladı. Mən də görüləcək daha çox iş olduğunu düşündüm. “Karantin tətbiq olunacaq” demədim. Kimisə təhdid etmədim. İnsanların evdə qalmaları mövzusunda maarifləndirilməsini təmin edirik”.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun müdiri və Ağ Ev COVID19 ilə Mübarizə Tapşırığı Qrupunun üzvü Entoni Fausinin ölkədə ölü sayının 200 minə çata biləcəyi fikrinə münasibət bildirən Ağ Ev rəhbəri bu rəqəmin yaxşı olduğunu vurğulayıb: "Heç bir tədbir görməsəydik, 2,2 milyon insanın ölməsi gözlənilirdi. 100 və ya 200 min ölümlə bu prosesdən çıxarsaq, yaxşı iş gördük deməkdir”.

Tramp ABŞ-ın dünyada ən çox koronavirus xəstəsinə sahib ölkə mövqeyinə gəlməsi ilə bağlı bunları deyib: “Dünyadakı bütün ölkələrdən daha çox yoluxma faktı qeydə alınıb. Çünki bütün ölkələrdən daha çox test etdik”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR