ABŞ-da qanun dəyişikliyi milyardlarla quşun tələf olmasına səbəb olacaq
Bizi izləyin

ABŞ

ABŞ-da qanun dəyişikliyi milyardlarla quşun tələf olmasına səbəb olacaq

ABŞ hökumətinin “Köçəri Quş” qanununa dəyişiklik etməsi milyardlarla quşun tələf olmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Balıq və Çöl Təbiəti Xidmətləri idarəsindən bildirilib.

Qanuna dəyişiklik olarsa, neft çüxurlarında, mədən ərazilərində və digər fəaliyyət sahələrində quşların ölməsi mühakimə olunmayan “təbii qəza” kimi qəbul olunacaq.

İdarədən bildiriblər ki, hökumət bu qanuna şirkətlərin təzyiqi nəticəsində dəyişiklik etməyi planlaşdırır. Qanun dəyişdirilsə, şirkətlər quşların kütləvi şəkildə məhv olmasına əhəmiyyət verməyəcək.

Qeyd edək ki, ABŞ-da sənaye fəaliyyətləri nəticəsində hər il milyonlarla quş tələf olur. Hazırki qanun kütləvi quş ölümlərinin araşdırılmasına imkan verir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm