SON DƏQİQƏ: koronavirusa qarşı peyvənd hazırlandı - VİDEO
Bizi izləyin

ABŞ

SON DƏQİQƏ: koronavirusa qarşı peyvənd hazırlandı - VİDEO

Video əlavə olunub.

xxx

Dünyada 1 milyondan çox insanda aşkarlanan və 53 mindən çoxunun ölümünə səbəb olan koronavirus ilə bağlı ümidverici addım ABŞ-ın Pitsburq şəhərindən gəlib.

Publika.az xəbər verir ki, Pitsburq Universiteti Tibb fakültəsində aparılan araşdırmalar nəticəsində virusla mübarizə aparan antikor ifraz edən peyvənd hazırlanıb.

“EbioMedicine” dərgisində yayımlanan məqalədə bildirilib ki, peyvənd siçanlar üzərində sınaqdan keçirilib və müsbət nəticə əldə olunub. Yeni tapıntının pandemiyanın sürətini ciddi şəkildə azaldacağına ümid edilir.

Araşdırmanı idarə edən dosent Andrea Qambotto SARS və MERS kimi bənzər epidemiyalar zamanı qazanılan təcrübələr sayəsində vaksini hazırlaya bildiklərini dilə gətirib: “Peyvənd ənənəvi qrip peyvəndi kimi hazırlanıb. Bu yoluxucu protein bədəndə immuniteti gücləndirəcək”.

Peyvənd artıq ABŞ Qida və Dərman İdarəsinə göndərilib, təsdiqi gözlənilir. İcazə verilsə, bir neçə ay içində insanlar üzərində kliniki sınaqlarına başlanılacaq.

Zümrüd,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm