ABŞ
Tramp imzaladı - 2024-cü ilə qədər...
ABŞ Prezidenti Donald Tramp kosmik qaynaqlardan istifadəyə icazə verən fərman imzalayıb.
Publika.az xəbər verir ki, fərman kosmosdakı su və mədən qaynaqlarının özəl şirkətlər, eləcə də fiziki şəxslər tərəfindən istifadəsini ehtiva edir.
“Kosmik Qaynaqların Çıxarılması və İstifadəsinə Dair Beynəlxalq Dəstəyi Təşviq” adlı sənəd Ay, digər səma cisimlərindəki su, mədənlərdə fərdi sərmayə və araşdırmaları dəstəkləmək məqsədilə hazırlanıb.
Fərmanda bu istiqamətdəki istifadənin “Xarici Kosmik Razılaşma” adı verilən, 1967-ci il tarixli “Ay və Digər Səma Cisimləri daxil olmaqla, Kosmosun Kəşfi və İstifadəsində Dövlətlərin Fəaliyyətlərini İdarə edən Qanunlar Haqqında Anlaşma”ya uyğun olduğu bildirilib.
Qeyd edək ki, ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) “Artemis” layihəsi çərçivəsində 2024-cü ilə qədər Aya insanlı səfərlər təşkil etməyi planlaşdırır. 2028-ci ilə qədər planlaşdırılan səfərlərdən sonra Ay orbitində kosmik stansiyanın qurulması və buradan keçid kimi istifadə etməklə Marsa insanın da olduğu səfərlər təşkil edilməsi hədəflənir.
Zümrüd
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!