ABŞ
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hindistan qızdırma üçün hazırlanmış “Hidroksiklorokin” preparatını və bənzər dərmanları koronavirusla mübarizə üçün ABŞ-a ixrac edəcək.
Publika.az xəbər verir ki, ABŞ dərmanların müqabilində Hindistana 2,9 milyon dollar ödəyəcək.
Hindistanın Baş naziri Narendra Modi ilə telefonda danışan ABŞ Prezidenti Donald Tramp “Hidroksiklorokin”i koronavirusa qarşı inqilabi dərman adlandırıb. Lakin qızdırma preparatı olan “Xlorokin”lə bənzər tərkibdəki bu dərmanın koronavirusun müalicəsində effektiv olduğu istiqamətində elmi araşdırma yoxdur.
Qeyd edək ki, ABŞ Hindistanı Rusiyadan zenit-raket kompleksləri aldığına görə dəfələrlə sanksiya tətbiq edəcəyi ilə təhdid edib. Bundan sonra Hindistan ABŞ-la bəzi iqtisadi münasibətlərində məhdudlaşdırmalara gedib. ABŞ mediası bu məhdudiyyətlərin Trampın Hindistana qarşı təhdidlərini geri götürdükdən sonra aradan qalxdığını yazır.
Xatırladaq ki, Tramp “Hidroksiklorokin”in koronavirusun müalicəsində istifadə edilməsi üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alındığını açıqlamış, idarə isə bunu təkzib etmişdi.
Zümrüd
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq