Koronavirusa qarşı 45 müalicə üsulunu sınayırlar - ŞAD XƏBƏR
Bizi izləyin

ABŞ

Koronavirusa qarşı 45 müalicə üsulunu sınayırlar - ŞAD XƏBƏR

“Ümid edirəm, 100 min təxminindən daha az insan ölər”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Ölkədə koronavirusla bağlı vəziyyətə dair gündəlik mətbuat konfransında çıxış edən Tramp keçirilən test sayıın 2 milyonu ötdüyünü diqqətə çatdırıb: “Bu, məni xoşbəxt edir. Ölkəmiz üçün əhəmiyyətli bu saydır. Hər gün 100 mindən çox insan testdən keçir”.

ABŞ ordusunun Mühəndis Alayı və ABŞ Federal Fövqəladə Vəziyyətləri İdarəetmə Agentliyinin (FEMA) 21 müvəqqəti xəstəxana və 17 min yataq yeri qurduğunu xatırladan prezident qurumların işini təqdir edib.

“Hazırda koronavirusa qarşı 19 müalicə sınaqdan keçirilir. 26 müalicə üsulu isə aktiv planlaşdırma və kliniki sınaq mərhələsindədir”, - Tramp bildirib.

Son rəqəmlərə görə, ABŞ-da 268 min 887 nəfər koronavirusa yoluxub. Onlardan 16 min 697 nəfər dünyasını dəyişib. 25 min 928 nəfər sağalıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Ağ evdəki mətbuat konfransında ölkədə koronavirusdan 100-200 min insanın öləcəyini ehtimal etdiklərini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm