• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

ABŞ-dakı bu görüntülər hər kəsi ŞOKA SALDI: koronadan ölənləri adaya aparırlar və... - FOTO

  • ABŞ
  • 10 Aprel 2020 13:09
  • 5 772 Baxış
ABŞ-dakı bu görüntülər hər kəsi ŞOKA SALDI: koronadan ölənləri adaya aparırlar və...  - FOTO

Kovid-19 virusunun mərkəzi vəziyyətinə gələn ABŞ-da yoluxma faktı və ölü sayı baxımından Nyu-York, Nyu-Cersi və Miçiqan ştatları öndədir.

Publika.az xəbər verir ki, təkcə Nyu-Yorkda qeydə alınan xəstə sayı İtaliyadakı rəqəmləri ötüb.

Bu ştatda 149 min 300 nəfər infeksiyaya yoluxub. İtaliyada isə bu göstərici 143 min 626-dır. Ştatda ölənlərin sayı 7 min 67 nəfərdir. Nyu-Cersidə isə 51 min 27 nəfərə koronavirus diaqnozu qoyulub, 1 700 nəfər dünyasını dəyişib.

Miçiqanda koronavirusdan ölənlərin 40%-i qaradərilidir.

“Röyters” agentliyi koronavirus qurbanlarının dəfn olunduğu Nyu-Yorkun Hart adasından dron görüntüləri əldə edib.

Nyu-York şəhərinin rəsmiləri gündəlik ölüm sayının son 3 gündə rekord həddə çatdığını, buna görə də müqavilə ilə dəfn işlərini görə biləcək şəxslərin axtarışına çıxdıqlarını bildiriblər.

Hart adası 9-cu əsrdən Nyu-Yorkda kimsəsizlərin dəfn olunduğu yer kimi tanınır.

Adətən hər həftə təxminən 25 cəsəd şəhərin Bronks rayonunun şərq sahilində yerləşən və sadəcə qayıqla gedilməsi mümkün olan adada aşağı maaşla işləyən məhkumlar tərəfindən basdırılırdı. Lakin koronavirusun yayılmasından sonra bu rəqəm 200-ə yaxınlaşıb.

Adada basdırılan cəsədlər əvvəlcə torbaya, daha sonra tabuta qoyulur. Tabutun üzərinə ölənin məlumatları yazılır. Səbəb isə gələcəkdə məzarı köçürmək kimi ehtimal olarsa, problem yaşamamaqdır.

Həkim Entoni Fausi ABŞ-da koronavirusa yoluxanların yaş kateqoriyalarını da açıqlayıb. Belə ki, test edilən 25 yaşdan aşağı 200 mindən çox insandan 11%-də, 25-45 yaşlarındakı 500 mindən çox insandan 17%-də, 46-65 yaşlarındakı 500 mindən çox insandan 21%-də, 65-85 yaşlarındakı 200 mindən çox insandan 22%-də və 85-dən yuxarı 30 min insandan 24%-də nəticələr pozitiv çıxıb.

Son rəqəmlərə görə, ABŞ-da 468 min 895 nəfər koronavirusa yoluxub. 16 min 697 nəfər dünyasını dəyişib. 25 min 928 nəfər sağalıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR