Trampa korona ilə bağlı sənəd göndərildi: hava istiləşəndə...
Bizi izləyin

ABŞ

Trampa korona ilə bağlı sənəd göndərildi: hava istiləşəndə...

Hava istiləşəndə koronavirus aradan qalxmayacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Elmlər Akademiyasının Ağ evə göndərdiyi məktubda bildirilir.

ABŞ Prezidenti Donald Trampın “havalar istiləşəndə koronavirus yox olacaq” iddialarını çürütmək məqsədilə təqdim edilən sənəddə qeyd olunub ki, pandemiyanın sosial məsafə və bənzər tədbirlərlə azalacağı, lakin Günəş və ya rütubətin buna təsir göstərəcəyi ilə bağlı tutarlı bilgi yoxdur.

CCN “International”ın dərc etdiyi sənəddə bu ifadələrə yer verilib: “Koronavirusun kəskin hərarət və rütubətə sahib şəraitlərdə daha az effektiv ola biləcəyinə dair bir neçə sübut var. Lakin bunu birbaşa havaların istiləşməsi ilə bağlı əlaqələndirə bilmərik. Bu yayılmanın qarşısını almaq üçün ölkələrin gördükləri tədbirlərin əhəmiyyəti böyükdür”.

Vanderbilt Universiteti Tibb Mərkəzinin Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Uilyam Şaffner də məktubdakı ifadələri dəstəkləyib və hava şəraitinin dəyişməsinə etibar etməməyi tövsiyə edib.

Sözügedən məktub ABŞ Milli Səhiyyə İnstitutunun Yoluxucu Xəstəliklər Bürosunun rəhbəri və Ağ evin Kovid-19-la mübarizə Komitəsinin üzvü Entoni Fausiyə də göndərilib. O, virusun yayılmasının azalmasında hava şəraitinin rol oynaya biləcəyini məntiqsiz adlandırmayıb. Lakin buna güvənməyin doğru olmayacağını da vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm