ABŞ-ın bütün ştatlarında fövqəladə vəziyyət elan edildi
Bizi izləyin

ABŞ

ABŞ-ın bütün ştatlarında fövqəladə vəziyyət elan edildi

Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib. Beləliklə ABŞ tarixində ilk dəfə bu rejim bütün ölkə ərazisində tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir tvitter səhifəsində bildirib: "Tarixdə ilk dəfə olaraq prezident eyni anda ölkənin bütün 50 ştatında genişmiqyaslı fəlakət rejiminin mövcud olduğunu elan edib".

Qeyd edək ki, ABŞ-da bu saatadək 519 453 nəfər koronavirusa yoluxub, 20 071 nəfər isə virus səbəbindən dünyasını dəyişib. Hazırda ABŞ koronavirus qurbanlarının sayına görə İtaliyanı ötərək dünyada birinci yeri tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm