• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Amerikalı həkim göz yaşlarına boğuldu - Otaqlar cəsədlərlə doludur

  • ABŞ
  • 13 Aprel 2020 07:30
  • 3 354 Baxış
Amerikalı həkim göz yaşlarına boğuldu - Otaqlar cəsədlərlə doludur

Nyu-York şəhər xəstəxanasanın reanimasiya şöbəsinin həkimi Neyl Şmal koronavirus təhlükəsinə diqqət çəkmək üçün amerikalılara müraciət edib.

Publika.az-ın məlumatına görə, insanların koronavirusa ciddi yanaşmadığını deyən həkim bildirib ki, işlədiyi xəstəxanın bütün şöbələri cəsədlərlə doludur. Göz yaşları içində insanlara səslənən Şmal, xəstəxanalarda acınacaqlı vəziyyətin hökm sürdüyünü ifadə edib:

“Gün ərzində 4-5 saat yata bilirik. Girdiyim hər otaq cəsədlərlə doludur. Xəstələrin çoxu həyatını itirir. Plastik tibbi geyimlərdə 20 saat gəzmək məcburiyyətində oluruq. Gündə cəmi iki dəfə su içə bilirik. Bir həkim 16 xəstəyə baxmaq məcburiyyətindədir”.

Anar Türkeş

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR