• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

ABŞ-ı daha şiddətli koronavirus dalğası gözləyir - XƏBƏRDARLIQ

  • ABŞ
  • 22 Aprel 2020 12:36
  • 863 Baxış
ABŞ-ı daha şiddətli koronavirus dalğası gözləyir - XƏBƏRDARLIQ

ABŞ-ı daha ciddi ikinci koronavirus dalğası gözləyir. Onun gəlişi qışda, qrip epidemiyasının yüksəlməsi dövründə baş verə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Washington Post”a müsahibəsində Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (CDC) rəhbəri Robert Redfild söyləyib. Redfild bildirib ki, gələn qış virusun hücum dalğası indiki vəziyyətdən daha da mürəkkəb olacaq. Buna iki tənəffüs sistemi xəstəliyinin üst-üstə düşməsi səbəb ola bilər ki, bu da ölkənin səhiyyə sistemini “ağlasığmaz yükə” məruz qoyacaq.

Ekspert hesab edir ki, mövcud vəziyyətin təkrarlanmaması üçün dövlətlər buna ən qısa müddətdə hazır olmalıdırlar. Bundan əlavə, o, xəstələrin tanınması sisteminin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu bildirib.

Qeyd edək ki, rusiyalı akademik Sergey Nedospasov demişdi ki, xəstəliyə qarşı peyvənd hazırlanmasa koronavirusun ikinci dalğası baş verə bilər.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR