• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Trampdan koronavirusa qarşı peyvənd açıqlaması - Tələb olunan zaman bilindi

  • ABŞ
  • 24 Aprel 2020 10:11
  • 735 Baxış
Trampdan koronavirusa qarşı peyvənd açıqlaması - Tələb olunan zaman bilindi

"Koronavirusa qarşı peyvəndi tapmağa yaxınlaşmışıq. Amma bunun sınaqdan keçirilməsi üçün zamana ehtiyac var".

Publika.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp gündəlik mətbuat konfransında deyib.

Almaniya, Böyük Britaniya kimi ölkələrlə yanaşı, ABŞ-da da koronavirusa qarşı peyvənd hazırlıqlarının aparıldığını qeyd edən Tramp onun sınaqdan keçirilməsinin uzun zaman tələb etdiyini diqqətə çatdırıb.

Ağ Evin pandemiyaya qarşı elan etdiyi qabaqlayıcı tədbirləri nə zaman dayandıracağına dair danışan prezident “özümü təhlükəsizlikdə hiss edənə qədər sosial məsafə tədbirlərini uzadacağıq” ifadələrini işlədib.

Tramp virusun irəliləməsini yaxından izlədiklərini və hər gün COVID-19 haqqında yeni bilgilər öyrəndiklərini deyib.

Bu arada Harvard, Prinston və Stenford Universitetləri koronavirusla mübarizə məqsədilə büdcədən aldıqları yardımı geri qaytarıb. Donald Tramp buna görə universitetlərə təşəkkür edib.

Son rəqəmlərə görə, ABŞ-da 886 min 709 nəfər virusa yoluxub. 50 min 243 nəfər dünyasını dəyişib. 85 min 922 nəfər sağalıb. 4 milyon 775 min 625 nəfər testdən keçirilib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR