“Xəstəxanada baş verənlər kabusu xatırladır” - Amerikalı həkimdən dəhşətli sözlər
Bizi izləyin

ABŞ

“Xəstəxanada baş verənlər kabusu xatırladır” - Amerikalı həkimdən dəhşətli sözlər

Nyu-York ştatının Yonkers şəhərində yerləşən tibb mərkəzlərindən birinin həkimi koronavirus xəstələrinin çoxsaylı ölümlərindən danışıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, "New York Post" qəzetinə danışan təcili yardım idarəsinin rəisi Entoni Leno xəstəxanada baş verənləri kabus ilə müqayisə edib.

"Nə qədər xəstəmiz olduğunu təsəvvür edə bilməzsiniz. Növbələrimdən birində altı nəfər dərhal öldü ", - həkim qeyd edib.

Leno bildirib ki, kiçik evlərdə yaşayan böyük ailələrin COVID-19-a yoluxması sürətlə baş verir.

"Xəstələr xəstəxanaya ailəsi və yaxınları ilə birlikdə gətirilir. Hətta eyni ailədən yoluxanlar bir neçə gün fasilərlə ölürlər", - deyə Leno əlavə edib.

COVID-19-a yoluxan baş tibb bacısı Marqaret Kusumanonun sözlərinə görə, tibb işçilərinin günü çox yorucu və stressli keçir.

"İnsanların necə əziyyət çəkdiyini görürsən. Xəstəlik onlara əziyyət verir. Bu sizə yalnız psixoloji deyil, həm də fiziki səviyyədə təsir göstərir".

Qeyd edək ki, aprel ayının əvvəlində koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilən Şotlandiyanın Edinburq şəhərinin sakini xəstəxanada baş verənləri dəhşət filmi ilə müqayisə etmişdi. Onun sözlərinə görə, digər xəstələrin əzabları üzündən yatmaq belə mümkün olmayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm