• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

Amerikalı ekspert açıqladı: Tramp Yaxın Şərqdən çıxacaq, Çin və Rusiya...

  • ABŞ
  • 28 Aprel 2020 15:24
  • 901 Baxış
Amerikalı ekspert açıqladı: Tramp Yaxın Şərqdən çıxacaq, Çin və Rusiya...

“Tramp Yaxın Şərqlə COVID-19 pandemiyası arasında seçim etmək məcburiyyətində qalacaq”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Siyasi-Hərbi İşlər üzrə katibinin keçmiş köməkçisi Mark Kimmit deyib.

Onun sözlərinə görə, pandemiyanın ABŞ iqtisadiyyatına verdiyi zərəri aradan qaldırmaq üçün 6-10 trilyon dollar vəsait lazımdır.

“Bunun fonunda ABŞ-ın Yaxın Şərqdə milli maraqları azalır, xərcləri çoxalır. Əvvəlki illərlə müqayisədə indi ABŞ-ın Yaxın Şərqdən nə əldə edəcəyi sual altındadır. Çünki enerji sektorunda özünü təmin edə biləcək səviyyəyə gəlib. İsraillə münasibətlər düzəlib, keçmiş rəqiblər arasında ortaq məxrəcin tapılması istiqamətində də əhəmiyyətli nəticələr əldə edilib. Bununla yanaşı, Yaxın Şərqdən ABŞ-a qarşı olan təhdidlər Çin, Rusiya və digər aktorların törətdiyi təhdidlərlə müqayisədə olduqca kiçikdir”, - o bidirib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR