Yeni “soyuq müharibə” başlayır: Qərb və Şərq cəbhəsi ÜZ-ÜZƏ
Bizi izləyin

ABŞ

Yeni “soyuq müharibə” başlayır: Qərb və Şərq cəbhəsi ÜZ-ÜZƏ

“Koronavirus pandemiyası ABŞ-la Çin arasında toqquşmanı daha da artıracaq”.

Publika.az
xəbər verir ki, bu barədə Hudson İnstitutunun mütəxəssisi Mayk Doran deyib.

Onun sözlərinə görə, ABŞ “soyuq müharibə” dövründə Rusiya ilə yaşadığı rəqabəti indi də Çinlə yaşayacaq: “Hazırda bu rəqabətin hansı səviyyədə olacağını deyə bilmərik, amma qarşıdakı illərdə ABŞ-ın ana strategiyası bu olacaq”, - o bildirib.

Doran hesab edir ki, ABŞ-ın Yaxın Şərqdən çıxması üçün təzyiqlər artacaq: “ABŞ artıq milli siyasətdə daha ənənəvi strategiya tətbiq edəcək və bölgədəki maraqlarını digər ölkələr üzərindən qorumağa başlayacaq. 11 sentyabr terroru və “ərəb baharı”ndan sonra ABŞ bölgədəki “Əl-Qaidə”, İŞİD, PYD/YPG kimi silahlı dəstələrə dövlətlərdən daha çox önəm verdi. Bu da Türkiyə ilə ABŞ münasibətlərində çatlar yaratdı. İndi Çinlə rəqabətin qızışması və Yaxın Şərqdə maraqlarının azalması ABŞ-ın Türkiyə ilə əməkdaşlığa yenidən önəm verəcəyini deməyə əsas verir”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm