Tramp yenə Çini hədəf aldı: "Bu rəqəmlərə inanmıram"
Bizi izləyin

ABŞ

Tramp yenə Çini hədəf aldı: "Bu rəqəmlərə inanmıram"

ABŞ prezidenti Donald Tramp Çinin koronavirus üzrə gündəlik təqdim etdiyi statistikaya inanmadığını deyib.

Publika.az xəbər verir ki, Ağ Evdə keçirilən ənənəvi brifinq zamanı jurnalistlərin suallarını cavablandıran Tramp Çində virusun yoxa çıxması ilə bağlı təqdim edilən rəsmi statistikanın inandırıcı olmadığını deyib: "Mən düşünürəm ki, ABŞ-da təqdim olunan statistika olduğu kimidir. Təxminən 70 min (koronavirusdan ölənlər). Mən az insanların ölümü barədə bildirilən Çin və digər ölkələrə inanmıram. Amma siz xəbərlərə baxırsınız və baş verənləri görürsünüz".

Qeyd edək ki, son 2 gündə Çində cəmi 4 nəfərin virusa yolxduğu açıqlanıb.

ABŞ isə ölənlərin və yoluxanların sayına görə dünyada birinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm