Putin Trampın təklifini qəbul etdi: koronavirus xəstələrinə...
Bizi izləyin

ABŞ

Putin Trampın təklifini qəbul etdi: koronavirus xəstələrinə...

Rusiya prezidenti Vladimir Putin koronavirus xəstələrinə yardım məqaədilə ABŞ-ın süni tənəffüs aparatları göndərmək təklifini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp danışıb.

“Sputnik”in məlumatına görə, D.Tramp jurnalistlərdən birinin rəsmi Vaşinqtonun Moskvaya süni tənəffüs aparatları göndərəcəyinə dair yayılan bilgilərin doğru olub-olmadığına cavab verib: “Bəli, biz bir çox ölkəyə yardım edirik. Rusiya da digər ölkələr kimi COVİD-19-dan öz payını alıb”.

Qeyd edək ki, ötən gün Rusiya və ABŞ liderləri arasında telefon danışığı olub. Onlar pandemiya ilə mübarizə, silahlara nəzarət və neft bazarı ilə bağlı mövzularda fikir mübadiləsi aparıb.

Xatırladaq ki, Rusiya martın sonunda koronavirusla mübarizə çərçivəsində ABŞ-a tibbi avadanlıqlar göndərmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm