Bu vitaminin çatışmazlığı koronavirusdan daha tez öldürür - ARAŞDIRMA
Bizi izləyin

ABŞ

Bu vitaminin çatışmazlığı koronavirusdan daha tez öldürür - ARAŞDIRMA

Orqanizmdə D vitamini çatışmazlığı COVID-19 xəstəliyindən ölüm riskini artırır.

Publika.az xəbər verir ki, bu fakt ABŞ-ın İllinoys ştatındakı Nortvestern Universitetinin araşdırması nəticəsində ortaya çıxıb.

Universitetin araşdırmaçıları yeni tip koronavirusdan qaynaqlanan ən yüksək ölümlərin qeydə alındığı İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdəki ölümlərdə D vitamini səviyyəsinin digər ölkələrdəki ölümlərlə müqayisədə daha aşağı olduğunu təsbit edib.

Araşdırma qrupunun rəhbəri Vadim Bekman D vitamini ilə müalicənin hələlik COVID-19 xəstələrinə alternativ olaraq tətbiq edilə biləcəyini bildirib.

Araşdırma hesabatında bütün insanları D vitamini qəbul etməyə istiqamətləndirməyin tez olduğu, vitaminin doğru miqdarda qəbul edilməzsə, əks təsirlərinin ola biləcəyi və yekun nəticələr əldə etmək üçün araşdırmanın dərinləşdirilməli olduğu qeyd edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm