• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

Çin səfirinin sirli ölümü: Vaşinqton-Pekin müharibəsi başlandı...

  • ABŞ
  • 19 May 2020 14:51
  • 2 403 Baxış
Çin səfirinin sirli ölümü: Vaşinqton-Pekin müharibəsi başlandı...

Mayın 17-də Çinin İsraildəki səfiri Du Vey Təl-Əvivdəki evində ölü tapıldı. Səfirin ölümünün səbəbi kimi səhhətindəki problemlərin olduğu deyilir. Hərçənd, hadisəni araşdırmaq üçün Çindən İsrailə nümayəndə heyətinin gəlməsi Pekinin səfirin təbii ölümünə inanmadığı versiyasını gücləndirir. Səfirin ölümü təsadüfdürmü?

ABŞ-Çin toqquşması, koronavirus pandemiyasının yayılmasından sonra bu toqquşmanın pik həddə çatması, pandemiyanın tüğyan etdiyi dövrdə ABŞ dövlət katibi Mayk Pompeonun İsrailə səfəri və bu səfərdən 4 gün sonra çinli səfirin ölümü suallar yaradır.

Publika.az xəbər verir ki, Pompeo mayın 13-də İsrailə səfər etdi. Baş nazir Benyamin Netanyahu ilə görüşdə müxtəlif mövzular müzakirə olundu və Pompeo Vaşinqtonun Qüds və digər məsələlərdə İsrailə dəstəyini xatırladı. Bu səfərdən 4 gün sonra – 17 mayda Netanyahu İsraildə yeni hökumət qurdu. Yeni hökumətin and içdiyi gün Çinin İsraildəki səfiri evində ölü tapıldı.

Türkiyəli yazar Taha Dağlı Çin səfirinin təbii ölümünə inanmadığını yazır.

“Pompeo İsrailə xəbərdarlıq etməyə gəlmişdi. Çünki İsrailin Çinlə sürətli yaxınlaşması müşahidə olunur və ABŞ bundan narahatdır. ABŞ üçün Çinin ən böyük təhdidi “Bir kəmər bir yol” layihəsidir. Bu layihənin marşrutlarından biri də İsraildir. İsrail Hayfa limanını Çinə 25 illiyinə icarəyə vermək haqda qərar verib. Bununla yanaşı, Çinlə birgə Retmet deyilən bir layihəsi də var. Bu layihə gerçəkləşərsə, İsrailin Süveyş kanalından istifadə etmədən Aralıq dənizinə çıxışı təmin olunacaq. İsraillə Çin arasında enerji və texnologiya sahəsi üzrə əməkdaşlıq da genişlənir. İsrailin yeni layihələrindən biri də dəniz suyunun təmizlənməsidir. 2021-ci ildə başlayıb 2023-cü ildə bitəcək bu layihənin dəyəri 1,3 milyard dollardır və layihəni həyata keçirəcək şirkətlərdən biri də Çin şirkətidir. Bu xəbər mayın 2-də açıqlandı. Bütün bunlar ABŞ-ı narahat edir. Pompeo də İsrailə xəbərdarlıq etmək üçün gəlmişdi. Mayın 17-də İsraildə qurulan yeni hökumət də ABŞ-ın istədiyi siyasəti yerinə yetirmək missiyasını daşıyır və həmin gün Çin səfiri evində ölü tapılır. Çin səfirinin ölümü ilə ABŞ-Çin müharibəsinin artıq başladığı görünür”, - türkiyəli yazar qeyd edib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR