ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 15,5 milyon dollar ayırdı
Bizi izləyin

ABŞ

ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 15,5 milyon dollar ayırdı

Ukrayna hakimiyyəti yeni növ koronavirusla mübarizə üçün ABŞ-dan 15,5 milyon dollar yardım alıb.

"İnterfaks"xəbər verir ki, Kiyev ABŞ-dan yerli tibb müəssisələrinin xəstələrə qulluq və koronavirusa qarşı mübarizədə imkanlarını yaxşılaşdırmağa imkan yaradacaq 13,1 milyon dollar humanitar yardım alıblar.

Bundan əlavə, Ukrayna tərəfi ABŞ-dan pandemiya dövründə əhalinin həssas qruplarına dəstək üçün nəzərdə tutulan 2,4 milyon dollar da alıb.

Qeyd edilir ki, son 20 il ərzində ABŞ Ukraynaya təxminən 5 milyard dollar yardım ayırıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm