Yüzlərlə şirkət iflas etdi, milyardlarla dollar... – ABŞ ÇÖKÜR
Bizi izləyin

ABŞ

Yüzlərlə şirkət iflas etdi, milyardlarla dollar... – ABŞ ÇÖKÜR

Neft qiymətlərinin son 20 ildə ən aşağı səviyyəyə çatması ABŞ-da yüzlərlə şirkətin iflasa uğraması ilə nəticələndi.

Publika.az
xəbər verir ki, Houston Universitetinin enerji mütəxəssisi Ed Hirs bankların kredit verməməsi və yeni investisiyaların olmamasının neft sektorunda fəaliyyət göstərən şirkətlərin iflasa uğramasına səbəb olduğunu açıqlayıb.

Onun sözlərinə görə, koronavirus pandemiyasının başlanması ilə ilk olaraq neft sektorunun əməkdaşları işlərini itirdi: “Təxminən 70 min insan işini itiridi. Neft qiymətinin 30 dollardan aşağı olması bu sektorda aylıq 24 milyard dollar itki deməkdir. Təkcə Texas iqtisadiyyatı gün ərzində 135 milyon dollardan artıq itkiyə məruz qalır”.

Texasda yerləşən hüquq firması “Haynes and Boone”nun hesabatına görə, ABŞ-da neft sektorunda iflasa uğrayan şirkətlərin sayı 200-ü keçib.

“Neft sənayesindəki firmaların ümumi borcu 130 milyard dollar səviyyəsindədir”, - hesabatda bildirilir.

Norveçin “Rystad Energy” araşdırma şirkətinin hesabatında isə bildirilir ki, neft qiymətlərinin 30 dollar səviyyəsində qalması gələn il ABŞ-da daha 170 şirkətin iflasa uğrayacağı ilə nəticələnəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm