Minneapolisdə komendant saatı tətbiq edildi
Bizi izləyin

ABŞ

Minneapolisdə komendant saatı tətbiq edildi

Afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etirazların baş qaldırdığı ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində komendant saatı tətbiq edilib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bununla bağlı şəhərin meri Ceykob Freyin fərman imzalayıb.

Fərmana əsasən, komendant saatı şənbə və bazar günləri axşam saat 20:00-dan səhər 6-dək qüvvədə olacaq. Bu saatlarda şəhər əhalisinə küçələrdə olmaq qadağandır.

Qadağanı pozduğuna görə 1000 ABŞ dolları və ya daha çox miqdarda cərimə tətbiq edilir, həmçinin 90 gün müddətinə həbs cəzası verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm