Dünyada bir ilk yaşandı: “SpaceX” fəzaya insan göndərdi - VİDEO
Bizi izləyin

ABŞ

Dünyada bir ilk yaşandı: “SpaceX” fəzaya insan göndərdi - VİDEO

Dünya tarixi hadisəyə şahidlik edib.

Publika.az xəbər verir ki, "SpaceX"in NASA-dan kömək alaraq kosmosa göndərdiyi ilk insanlı kosmik raketi uçuşu müvəffəqiyyətlə həyata keçirib.

Bununla da "SpaceX" Dünya xaricinə insanlı kosmik raket göndərən ilk özəl şirkət olub.

Uçuş ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçirilib.

Kosmik gəmidə iki astronavt var: 49 yaşlı Lyuis Benken və 53 yaşlı Cerald Hörli.

Qeyd edək ki, NASA və "SpaceX" 10 ildən artıqdır ki, bu uçuşa hazırlaşır. NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. İlk cəhdə mayın 27-də hazırlaşsalar da, əlverişsiz hava şəraiti səbəbindən bu baş tutmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm