ABŞ
Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"
ABŞ prezidenti Donald Tramp ölkədəki ixtişaşlara müdaxilə etmək üçün ağır silahlarla silahlanmış əsgərlərə və təhülkəsizlik qüvvələrinə təlimat verib.
Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, Ağ Evin həyətində mətbuat nümayəndələri qarşısına çıxan ölkə başçısı afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar baş verən ixtişaşlarla əlaqədar açıqlamalar verib.
Tramp bildirib ki, prezident olaraq onun ilk vəzifəsi ölkəni və xalqı qorumaqdır:
"Ölkəmizin qanunlarını qorumaq üçün and içdim. Corc Floydun ölümü ilə əlaqədar haqlı olaraq narahat olan xalq üçün bu sözümün üstündə dayanacağam. Adminstrasiyam Floyd və ailəsi üçün ədalətin yerini tapmasını təmin edəcək. Çünki o, boş yerə öldü".
Digər tərəfdən küçələrdəki şiddətli olaylara diqqət çəkən Tramp bildirib ki, haqlı və sülh etirazlarının qəzəbli kütlə tərəfindən boğulmasına icazə verməyəcək:
"Linkolnun və İkinci Dünya müharibəsinin abidəsi vandalların hücumuna məruz qaldı. Bunlar dinc etiraz aksiyaları deyil, bunlar daxili terror aktlarıdır”.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ