Tramp İrana təşəkkür etdi
Bizi izləyin

ABŞ

Tramp İrana təşəkkür etdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti, İranda casusluqda ittiham edilərək həbs olunan Maykl Uayt azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, iki il əvvəl həbs edilən keçmiş zabit İsveçrənin İrandakı səfirliyinin vasitəçiliyi ilə azad olunub.

İran mətbuatı yazır ki, zabitin azad edilməsi İsveçrə səfirliyinin vasitəçiliyi ilə ABŞ və İran rəsmiləri arasında əldə olunan razılığa əsasən baş tutub. Həmin razılığa əsasən, ABŞ professor Sirus Əsgərini, İran isə Maykl Uaytı azad edib.

Prezident Donald Tramp “Twitter”dəki səhifəsində bu barədə status paylaşaraq qeyd edib ki, zabitimiz azad olunub və tezliklə İsveçrə təyyarəsi ilə Vaşinqtona gətiriləcək. Donald Tramp M.Uaytın ailəsini də təbrik edib, İsveçrə səfirliyinə və göstərdiyi anlayışa görə İran hökumətinə minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm