ABŞ Almaniyadakı hərbçilərin bir qismini çıxarır
Bizi izləyin

ABŞ

ABŞ Almaniyadakı hərbçilərin bir qismini çıxarır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Pentaqona Almaniyadakı ABŞ hərbçilərinin sayını azaltmağı tapşırıb.

Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinə hökumətdəki mənbələr bildirib.

Məlumata əsasən, sentyabr ayına qədər Almaniyadan 9,5 min ABŞ hərbçisi öz ölkəsinə qayıdacaq. Hazırda Almaniyada 34,5 min ABŞ hərbçisi var.

Almaniyada ABŞ həbrçilərinin sayının azaldılması barədə qərarı yaxın zamanda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayen imzalayıb.

Bildirilir ki, Trampın administrasiyasında bu məsələ ötən ilin sentyabr ayından müzakirə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm