Tramp söz verdi: "Tezlikə bizdə vaksin olacaq"
Bizi izləyin

ABŞ

Tramp söz verdi: "Tezlikə bizdə vaksin olacaq"

ABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.

Bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.

ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini artıq tezliklə meydana çıxacaq.

"Mən inanıram ki, o, (koronavirus-red) hansısa bir anda gedəcək və mən inanıram ki, çox tezliklə bizdə vaksin olacaq”, - Donald Tramp bildirib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm