Pandemiya belə yox olacaq - Tramp
Bizi izləyin

ABŞ

Pandemiya belə yox olacaq - Tramp

“Maska taxmağın tərəfdarıyam, amma koronavirusun öz-özünə yox olacağına inanıram”.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ölkədə bir çox siyasətçinin maska taxmaq məcburiyyətinə dair təzyiq göstərməsindən sonra açıqlama verən prezident bəzi vəziyyətlərdə maska taxmaqda problem olmadığını dilə gətirib: “Maska taxaram. Taxdım da. Yəni insanlar məni maska ilə gördülər. Əgər bir-birimizdən 3 metr uzaq qalmadığımız bir qrup insanla birlikdəyəmsə. Amma adətən, bu vəziyyətdə olmuram. Hər kəs də koronavirus testindən keçir”.

Qeyd edək ki, D.Tramp pandemiyanın əvvəllərində maska taxmayacağını bildirmiş və “mətbuata bu zövqü yaşatmaram” sözləri ilə fikrini əsaslandırmışdı. Daha sonra Miçiqan ştatında maska ilə görüntülənmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm