• USD 1,7000 0,00% EUR 1,9810 -0,22%
    • GBP 2,1592 -0,13% RUB 0,0221 -0,90%

ABŞ ÜST-dən çıxır

  • ABŞ
  • 8 İyul 2020 03:19
ABŞ ÜST-dən çıxır

Birləşmiş Ştatlar BMT Baş katibinə ÜST-dən çıxmaq barədə bildiriş göndərib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarik xəbər verib.

Qərar 2021-ci il 6 iyulda qüvvəyə minməlidir.

"Deyə bilərəm ki, 6 iyul 2020-ci ildə ABŞ Baş katibə Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə qərar verdiyini bildirib, qərar 6 iyul 2021-ci ildə qüvvəyə minəcək", - Düjarrik deyib.

Nümayəndə ABŞ-ın 21 iyun 1948-ci ildən bəri Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin tərəfdaşı olduğunu xatırladıb. Onun sözlərinə görə, ABŞ-ın ÜST-ə daxili Ümumdünya səhiyyə assambleyası tərəfindən bu ölkənin sözü gedən səhiyyə təşkilatından lazım olduqda çıxması mümkün olması üçün ABŞ tərəfindən müəyyən edilmiş şərtlərlə qəbul edilmişdir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR