ABŞ və Yaponiya arasında tarixin ən böyük RAZILAŞMASI
Bizi izləyin

ABŞ

ABŞ və Yaponiya arasında tarixin ən böyük RAZILAŞMASI

ABŞ Yaponiyaya 105 ədəd F-35 tipli döyüş təyyarəsi satışına dair razılıq verib.

Publika.az xəbər verir ki, 23,11 milyard dollar dəyərində satış paketinə 63 konvensional eniş və qalxma edə bilən F-35A, 42 qısa məsafədə qalxma və şaquli eniş edə bilən F-35B tipli döyüş təyyarəsi daxildir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyindən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, paketə 5 ədəd ehtiyat F-35 motoru da daxildir.

Bu proses gerçəkləşəcəyi təqdirdə Səudiyyə Ərəbistanı ilə 2010-cu ildə aparılan 29 milyard dollarlıq hərbi satışdan sonra ABŞ tarixinin ən böyük satışı olacaq.

Satışın gerçəkləşməsi üçün ABŞ Konqresinin 30 gün ərzində qərara etiraz etməməsi lazımdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm