Donanma gəmisi yandı: 21 yaralı var
Bizi izləyin

ABŞ

Donanma gəmisi yandı: 21 yaralı var

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "USS Bonhomme Richard" adlı döyüş gəmisində yanğın olub.

Publika.az xəbər verir ki, nəticədə 21 nəfər yaralanıb. Onlardan 4 nəfəri mülki şəxsdir.

Ordunun Sakit Okean Donanması İctimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti Mayk Raneyin açıqlamasına görə, gəmi Kaliforniya ştatının San Dieqo şəhərindəki hərbi limana bərpa işləri üçün göndərilib. 1000 nəfərlik heyət tutumuna malik gəmidə həftəsonu səbəbilə sadəcə 160 nəfər olub.

Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm