ŞAD XƏBƏR: 30 min insan qatılacaq
Bizi izləyin

ABŞ

ŞAD XƏBƏR: 30 min insan qatılacaq

ABŞ-da kliniki sınaqları keçirilən potensial COVİD-19 peyvəndi son mərhələyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə “New England Journal of Medicine” dərgisində yayımlanan araşdırmada deyilir.

ABŞ-ın Moderna və Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun əməkdaşlığı ilə ərsəyə gətirilən, 45 könüllü üzərində sınağı keçirilən peyvəndin koronavirusa qarşı immun təmin etmədə ümid verdiyi bildirilir.

Könüllülərdə ciddi əks təsirlər müşahidə edilməyib. Lakin sınağa qatılanların yarısından çoxunda qripə bənzər simptomlar aşkarlanıb.

Potensial COVİD-19 peyvəndinin ilkin çalışmalarının son mərhələsinə 27 iyulda başlanacaq və 30 min insan üzərində sınaqdan keçiriləcək. Bu, COVİD-19 peyvəndi üçün aparılan ən genişmiqyaslı iş olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm