Bill Qeyts COVID-19 testlərini mənasız hesab edir
Bizi izləyin

ABŞ

Bill Qeyts COVID-19 testlərini mənasız hesab edir

Koronavirus testi nəticələri dərhal göstərmir. Və bu, analizin əsas çatışmazlığıdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Microsoft” qurucusu Bill Qeyts CNBC telekanalına müsahibəsində testlər barədə danışarkən deyib. O, insanların koronavirus testlərinə həddən artıq inandıqlarını vurğulayıb.

“Microsoft”un qurucusu COVID-19 sınaq sistemini vaxt itkisi və ağılsızlıq adlandırıb. ABŞ-da bir testin nəticəsi üçün 3 gündən çox, bəzən hətta bir həftədən çox vaxt tələb olunmasını iş adamı tənqid edib. O hesab edir ki, “Testin nəticəsi üçün vaxt itkisinə görə heç kim 1 dollar belə ödəməməlidir. Bu, axmaqlıqdır”.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş bir insanın başqalarını yoluxdurma riskinin qarşısını almaq üçün test nəticələri mümkün qədər tez olmalıdır. Qeyts həmçinin əlavə edib ki, ən çox risk altında olan aşağı gəlirli insanlar test nəticələrini 24 saatdan çox gözləməməlidirlər.

“COVID-19 xəstəsi olan insan daha sürətli təcrid olunmalı və digər insanlara təhlükə yaratmamalıdır. İlin sonuna kimi lazımi və effektiv dərmanların əldə edilməsi xəstəlikdən ölüm hallarını azaldacaq, yoluxmanın qarşısını alacaq”, - o, sonda qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm