İtkin düşmüş hərbçilərin axtarışı dayandırıldı
Bizi izləyin

ABŞ

İtkin düşmüş hərbçilərin axtarışı dayandırıldı

ABŞ-ın Kaliforniya sahillərində hərbi təlim zamanı itkin düşən 8 hərbi qulluqçunun axtarışı dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Dəniz Ekspedisiya İdarəsinin tvitter səhifəsində məlumat verilib.

Komandanlıq 40 saatlıq genişmiqyaslı əməliyyatdan sonra axtarışları dayandırmaq və 8 hərbçinin ölmüş elan edilməsi qərarına gəlib.

Qeyd edək ki, Kaliforniya sahillərində hərbi təlim zamanı qəza baş verib. Nəticədə bir ABŞ hərbçisi həlak olub, daha səkkizi itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm