Prezidentdən "TikTok"la bağlı SƏRƏNCAM
Bizi izləyin

ABŞ

Prezidentdən "TikTok"la bağlı SƏRƏNCAM

ABŞ prezidenti Donald Tramp “TikTok” və “WeChat” sosial media platformaları ilə bağlı 2 sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, Tramp bu sərəncamlarla ölkəsinin vətəndaşları və qurumlarının Çinə aid tətbiqlərlə əməkdaşlığını qadağan edib.

Sərəncamda Çin şirkətləri tərəfindən yaradılan mobil tətbiqlərin ABŞ-da yayılmasının ölkənin milli təhlükəsizliyi və xarici xiyasətini, həmçinin iqtisadiyyatını təhdid etdiyi bildirilib. Bundan başqa, ABŞ-ın “TikTok” və “WeChat”ın sahiblərinə qarşı milli təhlükəsizliyini qorumaq üçün aqressiv qabaqlayıcı tədbirlər almasının vacibliyi vurğulanıb.

Sərəncamlar 45 gün sonra qüvvəyə minəcək.

Qeyd edək ki, D.Tramp 3 avqustdakı açıqlamasında tətbiqlərin ABŞ-dakı paylarının bu ölkənin hər hansı şirkətinə satılmayacağı təqdirində 15 sentyabrda istifadəsini qadağan edəcəyini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm