Koronavirusa yoluxan MER ÖLDÜ
Bizi izləyin

ABŞ

Koronavirusa yoluxan MER ÖLDÜ

İyul ayının ikinci yarısında koronavirusla yoluxan Karakas meri, 70 yaşlı Dario Vivas vəfat edib.

Publika.az “TASS”a istinadla xəbər verir ki, bu barədə baş prokuror Tarek Vilyam Saab məlumat verib.

“1980-ci illərdən bəri Karakas küçələrində xalqı və vətəni qorumaq üçün cəsarətlə döyüşən yaxşı dostumuz və sadiq inqilabçı Dario Vivasın ölümü ilə əlaqədar kədərli xəbəri aldığımıza görə çox təəssüf hissi keçiririk”, baş prokuror “Twitter”də yazıb.

Venesuelada yeni növ koronavirus (COVID-19) infeksiyasına ilk yoluxma halı martın 13-də qeydə alınıb.

Bundan dərhal sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Bu günə qədər respublikada 29 088 koronavirus infeksiyasına yoluxma qeydə alınıb, müalicə alan 247 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm