Trampdan İrana ŞOK ZƏRBƏ - Pompeoya TƏLİMAT VERDİ
Bizi izləyin

ABŞ

Trampdan İrana ŞOK ZƏRBƏ - Pompeoya TƏLİMAT VERDİ

ABŞ İrana qarşı yenidən sanksiyalar tətbiq edə bilər.

Publika.az xəbər verir ki, Donald Tramp ABŞ rəhbərliyinin 2231 saylı qətnaməsi ilə ləğv edilən bütün sanksiyaların yenidən tətbiq edilməsinə imkan verən “snapback” mexanizmini tətbiq edəcəyini açıqlayıb.

D.Tramp bu barədə dövlət katibi Mayk Pompeoya BMT-yə məlumat verməklə bağlı təlimatlandırdığını deyib.

ABŞ-ın iki il əvvəl nüvə razılaşmasından çıxdığını deyən Tramp, razılaşmada Co Bayden və Barak Obamanı günahlandırıb.

ABŞ lideri İranı terror təşkilatlarını maliyyələşdirməkdə ittham edib və ABŞ-ın İrana bu yolla milyonlarla dollar ötürülməsinin qarşısını aldığını bildirib.

Yaxın Şərqdə İsrail ilə BƏƏ arasındakı normallaşma sazişini diqqətə çatdıran Tramp, bölgədə sülh küləyinin əsdiyini, B.Obamanın dövründə belə bir razılığın əldə edilmədiyin deyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm